Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev Nur Otan Partiyasının sədrliyi səlahiyyətlərini ölkənin hazırkı Prezidenti Kasım-Jomart Tokayevə təhvil vermək barədə qərar qəbul edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay tviter səhifəsində yazıb.
“Nursultan Nazarbayev Partiyanın Siyasi Şurasının genişləndirilmiş iclasında Nur Otan Partiyasının sədri səlahiyyətlərinin təhvil verilməsi barədə qərar qəbul edərək bildirib ki, partiyaya prezident başçılıq etməlidir. Səlahiyyətlərin təhvil verilməsi partiyanın nizamnaməsinə uyğun həyata keçiriləcək”, - o deyib.
Qeyd edək ki, Nursultan Nazarbayev 30 ilə yaxın Qazaxıstana başçılıq edib. 2019-cu il martın 20-də Təhlükəsizlik Şurasının başçısı və Nur Otan Partiyasının sədri vəzifəsində qalıb. 2021-ci ilin aprelində isə o, Qazaxıstan Xalqları Assambleyasının sədri vəzifəsini tərk etdiyini bildirib.