Türkiyə terrorçubaşı Fətulla Gülənin ölkəyə gətirilməsi üçün dəfələrlə səy göstərib.
“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Aydın şəhərində vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşündə deyib.
O bildirib ki, F.Güləndən istifadə edənlər onun ölkəyə qaytarılmasına buna imkan verməyiblər.
N.Kurtulmuş söyləyib ki, Türkiyə bütün terror təşkilatlarına qarşı mübarizə aparır: “FETÖ-yə xidmət edən insanlar hələ də var. Onlarla mübarizə aparmaq vətən düşmənlərinə qarşı mübarizə aparmaq anlamındadır.
Bundan sonra FETÖ-nün qalıqlarına qarşı mübarizə aparacağıq. Görünən odur ki, onların arxasında kimlərsə dayanır. Əks halda, dövlət çevrilişinə cəhd edə bilməzdilər”.
Qeyd edək ki, F.Gülən bu gün ABŞ-də ölüb.