Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının komitə iclasına sədrlik edəcək

Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının komitə iclasına sədrlik edəcək Noyabrın 24-25-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin (COMCEC) 37-ci iclası keçiriləcək.
Region
23 Noyabr , 2021 19:43
Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının komitə iclasına sədrlik edəcək
Rəcəb Tayyib Ərdoğan

Noyabrın 24-25-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin (COMCEC) 37-ci iclası keçiriləcək.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, nazirlərin toplantısına Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.

İclasda yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizədə İslam bankçılığının rolu ilə bağlı fikir mübadiləsi aparılacaq.

Nazirlərin iclasında, həmçinin 17-18 noyabr gündəliyi üzrə texniki müzakirələrdən sonra yüksək səviyyəli ekspertlər tərəfindən hazırlanmış qətnamə layihələri qiymətləndiriləcək.

İclasda COMCEC-in komitənin üzvü olan ölkələr arasında ticarət, nəqliyyat və kommunikasiya, kənd təsərrüfatı, turizm, yoxsulluğun azaldılması və maliyyə sahələrində əməkdaşlığın inkişafı müzakirə olunacaq.

Bundan əlavə, iclasda İƏT-in İstanbul Arbitraj Mərkəzi və İslam İndeks Fondunun layihələri də təqdim olunacaq.

Qeyd edək ki, COMCEC 57 üzv ölkəni birləşdirir, daha 5 ölkə komitədə müşahidəçi statusuna malikdir. O, nazirlər səviyyəsində əsas qərar qəbul edən orqandır, 1984-cü ildən hər il toplanır və üzv ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə bir çox mühüm layihə və proqramlar həyata keçirir.

Təşkilat İslam ölkələrinin inkişaf problemlərinin həllini tapmağı qarşısına məqsəd qoyub.

Son xəbərlər

Orphus sistemi