Rusiya hökumətinin başçısı Dmitri Medvedev 2021-ci ildə Həştərxanda keçiriləcək II Xəzər İqtisadi Forumuna hazırlıq üçün Təşkilat Komitəsinin yaradılması ilə bağlı müvafiq sərəncam imzalayıb.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, sənəddə bu il avqustun 12-də Türkmənistanda keçirilən birinci forum çərçivəsində beş sahilyanı ölkə arasında Xəzərdəki ekoloji vəziyyətin, Volqa hövzəsində əməkdaşlıq məsələlərinin, müxtəlif sahələrə aid müştərək layihələrin müzakirə olunduğu xatırladılıb.