“Nona Qaprindaşvili “Netflix”ə qarşı” məhkəmə işi başlayır

“Nona Qaprindaşvili “Netflix”ə qarşı” məhkəmə işi başlayır Gürcüstanlı şahmatçı, 5 qat dünya çempionu Nona Qaprindaşvilinin “Netflix” şirkətinə qarşı iddiası üzrə məhkəmə başlayır.
Region
24 Yanvar , 2022 10:13
“Nona Qaprindaşvili “Netflix”ə qarşı” məhkəmə işi başlayır
Nona Qaprindaşvili

Gürcüstanlı şahmatçı, 5 qat dünya çempionu Nona Qaprindaşvilinin “Netflix” şirkətinə qarşı iddiası üzrə məhkəmə başlayır.

“Report”un yerli bürosu xəbər verir ki, ilk dinləmə bu gün ABŞ-ın Kaliforniya ştatının məhkəməsində keçiriləcək.

80 yaşlı şahmatçı şirkəti “Kraliçanın gedişi” serialında onunla bağlı yanlış məlumat yaymaqda ittiham edir. Belə ki, ekran əsərində N.Qaprindaşvilinin kişi şahmatçılarla qarşılaşmadığı bildirilib və qrossmeyster səhvən rusiyalı şahmatçı kimi təqdim olunub.

Şahmatçı “Netflix”dən 5 milyon ABŞ dolları məbləğində təzminat və serialdakı yanlış məlumatların düzəldilməsini tələb edir.

Son xəbərlər

Orphus sistemi