Nikolay Patruşevin oğlu "Qazprom"un direktorlar şurasının üzvü olacaq

Nikolay Patruşevin oğlu "Qazprom"un direktorlar şurasının üzvü olacaq Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev “Qazprom” dövlət şirkətinin direktorlar şurasının yeni heyətinə daxil ola bilər.
Region
24 May , 2022 17:42
Nikolay Patruşevin oğlu Qazpromun direktorlar şurasının üzvü olacaq

Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev “Qazprom” dövlət şirkətinin direktorlar şurasının yeni heyətinə daxil ola bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Məlumata görə, “Qazprom”un Direktorlar Şurasının mayın 23-də keçirilən iclasında səsvermə üçün tərtib olunan şuranın yeni tərkibinin namizədlər siyahısına Dmitri Patruşevin də adı daxil edilib.

Qeyd edək ki, Dmitri Patruşev Rusiya Təhlükəsizlik Şurasının indiki katibi, 1999-2008-ci illərdə Federal Təhlükəsizlik Xidmətinin direktoru işləmiş Nikolay Patruşevin oğludur. D.Patruşev əvvəllər Rusiyanın VTB Bankının sədri işləyib. ABŞ bu banka sanksiya tətbiq edib.

Son xəbərlər

Orphus sistemi