Nikol Paşinyanın tərəfdarları qadın jurnalistə hücum çəkdi

Nikol Paşinyanın tərəfdarları qadın jurnalistə hücum çəkdi Jurnalist Liya Sarkisyan hökumət binasının qarşısında piket keçirib
Region
29 Yanvar , 2021 15:36
Nikol Paşinyanın tərəfdarları qadın jurnalistə hücum çəkdi

Jurnalist Liya Sarkisyan hökumət binasının qarşısında piket keçirib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, jurnalistin aksiya keçirməsinə səbəb ötən gün baş nazirlə aralarında baş verən mübahisə olub.

Belə ki, yanvarın 28-də N.Paşinyan “Erablur” xiyabanına ziyarəti zamanı L.Sarkisyanın “Sizcə Şuşa Azərbaycan şəhəridir?” sualına belə cavab verib: “Mən bunu harada demişəm? Əgər bu fikri sözbəsöz yazılı şəkildə çatdıra bilərsinizsə, mən canlı yayımda sizin sorğunuza cavab verəcəyəm”.

Söz altında qalmayan jurnalist hökumət binası qarşısına baş nazirin Şuşa barədə dediyi fikirləri əks etdirən plakatla çıxıb.

Bununla belə, nümayiş uzun çəkməyib. Paşinyanın tərəfdarları qadına hücum edib və plakatı əlindən alaraq parçalayıblar.

“Sputnik”in erməni bürosunun teleqram kanalı isə olayı belə şərh edib: “Ən yaxşı müdafiə hücumdur”.

Son xəbərlər

Orphus sistemi