Nikol Paşinyanın Ermənistanın hakim partiyasının rəsmiləri ilə görüşü nəticəsiz başa çatıb

Nikol Paşinyanın Ermənistanın hakim partiyasının rəsmiləri ilə görüşü nəticəsiz başa çatıb Bakı. 30 aprel. REPORT.AZ/ “Nikol Paşinyanın cavabları inandırıcı deyildi”.
Region
30 aprel 2018 13:28
Nikol Paşinyanın Ermənistanın hakim partiyasının rəsmiləri ilə görüşü nəticəsiz başa çatıb

Bakı. 30 aprel. REPORT.AZ/ “Nikol Paşinyanın cavabları inandırıcı deyildi”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Respublikaçılar Partiyasının xarici əlaqələr üzrə komissiyasının sədri Armen Aşotyan Nikol Paşinyanla görüşdən sonra bildirib.

“Avrasiya İqtisadi İttifaqının Ermənistana heç nə verməməsi ilə bağlı Nikol Paşinyanın söylədikləri şantajdır. Bir sıra məsələlər üzrə Nikol Paşinyanın və komandasının baxışları avropayönlü olub anti-Rusiya xarakterlidir”, - o vurğulayıb.

A.Aşotyan Nikol Paşinyanın aprel döyüşləri ilə bağlı fikirlərini də bölüşməyərək deyib: “Belə çıxır, Serj Sarqsyan düz deyirdi, Nikol Paşinyan isə haqlı deyil”.

Son xəbərlər

Orphus sistemi