Nikol Paşinyan: "Vəziyyət kəskin pisləşə bilər"

Nikol Paşinyan: "Vəziyyət kəskin pisləşə bilər" Ermənistanda vətəndaşlar tərəfindən təcrid qaydalarına əməl olunmaması üzündən koronavirusa yoluxma halları get-gedə çoxalır və vəziyyət daha da pisləşə bilər.
Region
431
13 May , 2020 12:37
Nikol Paşinyan: Vəziyyət kəskin pisləşə bilər
0 : 00
0 : 00

"Ermənistanda vətəndaşlar tərəfindən təcrid qaydalarına əməl olunmaması üzündən koronavirusa yoluxma halları get-gedə çoxalır və vəziyyət daha da pisləşə bilər".

“Report” xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan “Facebook” səhifəsində bildirib.

Hökumət başçısı iqtisadi məhdudiyyətləri tədricən yumşaltmağa başladıqlarından sonra Yerevan küçələrində insan sayının artdığını, onların sosial məsafə qaydasına əməl etmədiklərini diqqətə çatdırıb:

“Belə getsə vəziyyət kəskin pisləşəcək, onda biz istər-istəməz yenidən məhdudiyyətlərə qayıtmalı olacağıq”.

Səhiyyə Nazirliyinin mayın 13-nə olan məlumatına görə, Ermənistanda koronavirusa yoluxanlar 3718 nəfər, ölənlər 48 nəfərdir.

Orphus sistemi