Nikol Paşinyan müharibədəki məğlubiyyətə görə keçmiş prezidentləri günahlandırıb
Region
- 05 oktyabr, 2022
- 14:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibədəki kapitulyasiyaya görə keçmiş prezidentləri günahlandırıb.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, keçmiş prezident Robert Koçaryanın hakimiyyəti dövründə o vaxtkı xarici işlər naziri Vardan Oskanyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bildirib.
"Ermənistan Madrid prinsiplərini qəbul etməklə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdı”, - N.Paşinyan deyib.
Baş nazir həmçinin keçmiş prezident Serj Sarkisyanı və sabiq xarici işlər naziri Edvard Nalbandyanı da günahlandırıb: “Kimsə günahı mövcud hakimiyyətin üzərinə atmağa çalışmamalıdır”.
Son xəbərlər
01:45
İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
Futbol
01:06
Video
Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
Futbol
00:37
"Al-Arabiya": İran ABŞ-yə blokadanın ləğvi müqabilində Hörmüz boğazını açmağı təklif edib
Region
00:14
Tovuzda iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib
Hadisə
00:04
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür
Daxili siyasət
23:41
"Axios": Tramp administrasiyası Netanyahunun fəaliyyətindən narazıdır
Digər ölkələr
23:26
Foto
Məzahir Pənahov Belqradda Serbiyanın Seçki Komissiyasının sədri ilə görüşüb
Xarici siyasət
23:20
İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub
Digər ölkələr
22:55
"Çelsi" öz meydanında "Tottenhem"ə uduzub
Futbol