Nikol Paşinyan Moskvada səfərdədir

Nikol Paşinyan Moskvada səfərdədir Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada səfərdədir.
Region
13 Dekabr , 2024 10:03
Nikol Paşinyan Moskvada səfərdədir

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada səfərdədir.

“Report” xəbər verir ki, məlumatı “Sputnik Armenia” yayıb.

Bildirilib ki, o, Avrasiya İqtisadi İttifaqının (Aİİ) hökumətlərarası Şurasının 41-ci toplantısında iştirak edəcək.

Qeyd edək ki, şuranın ilk iclası 2015-ci il yanvarın 1-də keçirilib. Qurumun 40-cı yığıncağı 2024-cü il oktyabrın 1-də İrəvanda olub. Aİİ-yə Ermənistan sədrlik edir. Ondan sonra bu missiya Belarusa veriləcək.

Məlumata görə, iclasda Aİİ ölkələrinin baş nazirləri inteqrasiyanın daha da dərinləşdirilməsi məsələləri nəzərdən keçiriləcək. Rusiya hökumətinin mətbuat xidmətinin məlumatına görə, energetika, sənaye və elektron ticarətin inkişafı sahələrində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetiriləcək.

Hökumətlərarası Şura Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya Nazirlər Kabinetinin rəhbərlərindən ibarətdir. Orqan Ali Avrasiya İqtisadi Şurasının qərarlarının icrasını və Aİİ haqqında Müqavilənin icrasına nəzarəti təmin edir, Avrasiya İqtisadi Komissiyasına göstərişlər verir, habelə digər səlahiyyətləri həyata keçirir.

Son xəbərlər

Orphus sistemi