Paşinyan məhkəmədə ifadə verib

Paşinyan məhkəmədə ifadə verib Ermənistanın baş naziri Nikol Paşinyan ifadə vermək üçün Yerevanın ümumi məhkəməsinə gedib.
Region
3 Aprel , 2019 15:22
Paşinyan məhkəmədə ifadə verib

Ermənistanın baş naziri Nikol Paşinyan ifadə vermək üçün Yerevanın ümumi məhkəməsinə gedib.

“Report” “armtimes”a istinadən xəbər verir ki, onun adı oktyabrın 27-si hadisləri ilə bağlı cinayət işində şahid qismində hallanır.

Bildirilib ki, aprelin 3-də N.Paşinyan lideri olduğu “Çıxış” parlament fraksiyasının üzvləri ilə “oktyabrın 27”si hadisələrinə görə ömürlük azadlıqdan məhrum edilmiş “Monax” ləqəbli Artur Ayvazyan arasında baş vermiş dava-dalaşla bağlı ifadə verib.

Məlumata görə, A.Ayvazyan 2017-ci ilin martın 31-də “Çıxış” blokunun tərəfdarı Ayk Sarkisyana güc tətbiq etməklə ictimai asayişi pozub. 

Son xəbərlər

Orphus sistemi