Nikol Paşinyan mayın 16-da Moskvaya səfər edəcək

Nikol Paşinyan mayın 16-da Moskvaya səfər edəcək Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 16-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etmək məqsədi ilə Moskvaya səfər edəcək.
Region
430
12 May , 2022 16:19
Nikol Paşinyan mayın 16-da Moskvaya səfər edəcək
Nikol Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etmək məqsədi ilə mayın 16-da Rusiyanın paytaxtı Moskva şəhərinə gedəcək.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Mayın 16-da Moskvada KTMT-nin yaranmasının 30 illiyi ilə bağlı quruma üzv dövlətlərin Zirvə toplantısı keçiriləcək. Bu, liderlər səviyyəsində görüş olacaq. İşgüzar səhər yeməyində liderlər arasında təkbətək görüş keçiriləcək. KTMT-nin baş katibi Stanislav Zasla qurumun indiki sədri Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşün yekunlarına dair mətbuat konfransı olacaq”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi