Niderland Aİ-ni Gürcüstan ilə vizasız rejimi dayandırmağa çağırır
Region
- 05 dekabr, 2024
- 14:20
Niderland Gürcüstan ilə vizasız rejimi dayandırmağa çağırır.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Kaspar Veldkamp "X" sosial şəbəkəsində yazıb.
“Gürcüstanda etirazçılara və jurnalistlərə qarşı zorakılıq, eləcə də siyasətçilərin həbs edilməsi qəbuledilməzdir. Buna görə də Niderland Aİ-ni Gürcüstanla vizasız rejimi dayandırmağa çağıracaq. Baltikyanı ölkələrin fərdi səyahət qadağaları tətbiq etmə təşəbbüsünü alqışlayıram”, - deyə o bildirib.
K.Veldkamp əlavə edib ki, Gürcüstan xalqını dəstəkləmək üçün ATƏT-in alətləri çərçivəsində mexanizmlərin istifadəsi imkanları araşdırılmalıdır.
O, bu məsələni ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçiriləcək iclasında gündəmə gətirməyi planlaşdırır.
Son xəbərlər
11:33
Pezeşkian: Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir
Digər ölkələr11:32
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Hadisə11:32
Fərhad Xəlilov: İttifaqın 2500 üzvündən bir-ikisi əsl rəssam kimi tarixdə qalacaq
İncəsənət11:31
Naxçıvanda qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 10 %-dən çox artıb
İnfrastruktur11:27
"AtaSığorta"nın lisenziyası ləğv edilib
Maliyyə11:26
WUF13-də qeydiyyatdan keçənlərin sayı 20 minə çatıb
İnfrastruktur11:25
Azərbaycanın U-17 millisinin UEFA İnkişaf Turniri üçün ilkin heyəti bəlli olub
Futbol11:23
"Qarabağ" - "Sabah" matçında son 10 mövsümün tamaşaçı rekordu qeydə alınıb
Futbol11:21