Nazir: Türkiyədəki meşə yanğınlarının 90 faizi insan faktoru ilə bağlıdır

Region
  • 24 iyul, 2024
  • 08:04
Nazir: Türkiyədəki meşə yanğınlarının 90 faizi insan faktoru ilə bağlıdır

Türkiyədəki meşə yanğınlarının 90 faizi insan faktoru ilə bağlıdır.

“Report” xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı “Anadolu” agentliyinin efirində deyib.

O bildirib ki, tarlaların yandırılması, siqaret kötüyünün açıq əraziyə atılması, meşəlik ərazilərdə manqalda bişirilən yeməklər meşə yanğınlarının əsas səbəblərindəndir.

Nazir vətəndaşları daha diqqətli olmağa çağırıb.