Nazir: “Türkiyə dünyanın ən böyük sənaye və ticarət mərkəzlərindən biri olacaq”

Nazir: “Türkiyə dünyanın ən böyük sənaye və ticarət mərkəzlərindən biri olacaq” “Türkiyə inkişaf etməyə davam edəcək”.
Region
2 May , 2023 17:02
Nazir: “Türkiyə dünyanın ən böyük sənaye və ticarət mərkəzlərindən biri olacaq”

“Türkiyə dünyanın ən böyük sənaye və ticarət mərkəzlərindən biri olacaq”.

“Report” “Star”a istinadən xəbər verir ki, bunu Türkiyənin maliyyə və xəzinə naziri Nureddin Nebati Mersində çıxışı zamanı deyib.

O bildirib ki, hökumət xalqın rifahı naminə inflyasiyanı aşağı salmaq istiqamətində işlər görür: “Bu mənada maliyyə sahəsindəki sabitliyi qoruyacaq, lirəyə inamı artıracaq siyasət ortaya qoyacağıq. Davamlı inkişafı təmin edəcək investisiya və layihələri davam etdirəcəyik”.

Nazirin sözlərinə görə, Türkiyənin inkişafı davam edəcək: “Ölkəmizin beynəlxalq dəyər zəncirindəki rolunu gücləndirəcəyik. İxracda asılılığı azaldacağıq”.

N.Nebati söyləyib ki, əsas hədəflərindən biri 2028-ci ildə ölkəyə 90 milyon turist cəlb etmək və 100 milyard dollar gəlir götürməkdir.

Son xəbərlər

Orphus sistemi