Nazir müavini: "Ermənistan ABŞ sanksiyaları təhlükəsinə baxmayaraq Rusiyadan silah alacaq"

Region
  • 28 mart, 2018
  • 08:08
Nazir müavini: Ermənistan ABŞ sanksiyaları təhlükəsinə baxmayaraq Rusiyadan silah alacaq

Bakı. 28 mart. REPORT.AZ/ "Ermənistan ABŞ sanksiyaları təhlükəsinə baxmayaraq Rusiyadan silah almağa davam edəcək."

"Report"un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Ermənistan müdafiə nazirinin müavini, Dövlət Hərbi-Sənaye Komitəsinin başçısı David Pahçanyan bəyan edib.

"Əlbəttə, sanksiyalar problemdir, lakin qarşımızda təhlükəsizliyin təminatı vəzifəsi durur və biz maraqlarımızdan çıxış edəcəyik", - o bildirib.

Onun sözlərinə görə, ilk müdafiə krediti üzrə tədarük, demək olar, tam başa çatıb, işlərin davam etdirilməsi barədə razılaşma var.

Xatırladaq ki, 2015 və 2017-ci illərdə Rusiya və Ermənistan arasında ümumi məbləği 300 mln dollar olan iki müdafiə kredit sazişi imzalanıb.

ABŞ Prezidenti Donald Tramp 2017-ci il avqustun 2-də Rusiya, İran və KXDR qarşı “Amerikanın düşmənlərinə sanksiyalar vasitəsilə müqavimət göstərmək haqqında” (CAATSA) qanun imzalayıb. 

Son xəbərlər

Bütün Xəbər Lenti