Nazir: "Gürcüstan və Azərbaycanın ədliyyə nazirliklərinin əməkdaşlığı daha intensiv mərhələyə keçir"

Nazir: "Gürcüstan və Azərbaycanın ədliyyə nazirliklərinin əməkdaşlığı daha intensiv mərhələyə keçir" "Gürcüstan və Azərbaycanın ədliyyə nazirlikləri arasında əməkdaşlıq daha intensiv mərhələyə keçir, bu da ölkələrimiz arasında strateji münasibətlərin davamıdır".
Region
10 Mart , 2022 19:24
Nazir: Gürcüstan və Azərbaycanın ədliyyə nazirliklərinin əməkdaşlığı daha intensiv mərhələyə keçir

"Gürcüstan və Azərbaycanın ədliyyə nazirlikləri arasında əməkdaşlıq daha intensiv mərhələyə keçir, bu da ölkələrimiz arasında strateji münasibətlərin davamıdır".

“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.

Onun sözlərinə görə, əməkdaşlığın dərinləşdirilməsi hər iki ölkə rəhbərliyi üçün prioritetdir: "Bu gün imzalanan Əməkdaşlıq Memorandumu iki ölkənin gənc vəkilləri arasında münasibətlərin inkişafına töhfə verəcək və sənədlərin saxtalaşdırılmasına qarşı mübarizədə birgə səyləri gücləndirəcək. Biz hüquq sahəsində münasibətlərin daha da güclənməsi üçün səylərimizi əsirgəməyəcəyik".

R.Breqadze qeyd edib ki, Azərbaycanla əməkdaşlığa məhkumların sosial reabilitasiyası sahəsində təcrübə mübadiləsi, mediasiyanın inkişafı, iki ölkə arasında həyata keçirilən ekspertlərin görüşləri, səfərlər, konfranslar və simpoziumlar daxildir.

Son xəbərlər

Orphus sistemi