Navalnı xəstəxanadan evə buraxılıb

Navalnı xəstəxanadan evə buraxılıb Zəhərlənən rusiyalı müxalifətçi Aleksey Navalnı Almaniyanın “Charite” klinikasından evə buraxılıb.
Region
510
23 Sentyabr , 2020 11:21
Navalnı xəstəxanadan evə buraxılıb
Aleksey Navalnı

Zəhərlənən rusiyalı müxalifətçi Aleksey Navalnı Almaniyanın “Şarite” klinikasından evə buraxılıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Qeyd edək ki, A.Navalnı avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Omskda xəstəxanaya yerləşdirilib.

O, sentyabrın 7-də Almaniyanın paytaxtı Berlin şəhərindəki “Şarite” klinikasına köçürülüb. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi