NATO Türkiyəyə hərbi helikopter qəzası ilə bağlı başsağlığı verdi

NATO Türkiyəyə hərbi helikopter qəzası ilə bağlı başsağlığı verdi NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna Bitlis əyalətində helikopter qəzası ilə əlaqədar başsağlığı verib
Region
4 Mart , 2021 22:37
NATO Türkiyəyə hərbi helikopter qəzası ilə bağlı başsağlığı verdi
Yens Stoltenberq

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna zəng edərək Bitlis əyalətində baş verən hərbi helikopter qəzası ilə əlaqədar başsağlığı verib.

Bu barədə ”Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, təşkilat rəhbəri Tatvanda 10 hərbçinin həlak olması ilə nəticələnən helikopter qəzası ilə bağlı Türkiyənin xarici siyasət idarəsinin rəhbərinə başsağlığını çatdırıb. Yens Stoltenberq NATO-nun Türkiyə ilə həmrəy olduğunu söyləyib.

Qeyd edək ki, hadisə Türkiyə Quru Qoşunlarına məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirən zaman baş verib.

Həlak olanlar arasında Türkiyə ordusunun səkkizinci korpusunun komandiri general Osman Erbaş da var.

Son xəbərlər

Orphus sistemi