NATO səfirləri Ukrayna-Rusiya sərhədindəki vəziyyəti müzakirə edib

NATO səfirləri Ukrayna-Rusiya sərhədindəki vəziyyəti müzakirə edib Rusiya Ukrayna ilə sərhədə 58 taktiki batalyon cəlb edib
Region
2 Aprel , 2021 14:10
NATO səfirləri Ukrayna-Rusiya sərhədindəki vəziyyəti müzakirə edib

NATO-ya üzv ölkələrin Ukraynadakı səfirləri Ukrayna-Rusiya sərhədində yaranan gərginliyi müzakirə etmək üçün təcili olaraq toplanıblar.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Alyansın məmuru bildirib.

NATO-nun sözçüsü deyib ki, Rusiya Ukraynanın şərqindəki sülh səylərini alt-üst edir: “Rusiyanın sabitliyi pozan hərəkətləri gərginliyin azalması səylərinə xələl gətirir”.

Vurğulanıb ki, müttəfiqlər Rusiyanın Ukrayna və ətrafındakı son genişmiqyaslı hərbi fəaliyyətlə bağlı narahatlıqlarını bölüşüblər: “Üzv ölkələr də Rusiyanın 2020-ci ilin iyulunda əldə edilən razılıq əsasında tətbiq olunan atəşkəs rejiminin ötən həftə Ukraynanın 4 hərbi qulluqçusunun ölümü ilə pozulması narahatedici məsələlərdəndir”.

Xatırladaq ki, Rusiya Ukrayna ilə sərhədə 58 taktiki batalyon cəlb edib.

Son xəbərlər

Orphus sistemi