NATO sammitində Gürcüstan, Ukrayna və Moldovaya dəstəklə bağlı bəyannamə qəbul edilib

NATO sammitində Gürcüstan, Ukrayna və Moldovaya dəstəklə bağlı bəyannamə qəbul edilib Brüssel Bəyannaməsi: NATO hər hansı ölkə üçün təhlükə yaratmır
Region
12 İyul , 2018 10:29
NATO sammitində Gürcüstan, Ukrayna və Moldovaya dəstəklə bağlı bəyannamə qəbul edilib

Bakı. 12 iyul. REPORT.AZ/ "NATO hər hansı ölkə üçün təhlükə yaratmır. Bütün tədbirlər Alyansın hüquqi və siyasi öhdəlikləri çərçivəsindədir, həmçinin qoruyucu, proporsional və şəffafdır".

"Report" xəbər verir ki, bu fikir NATO sammitində qəbul edilən Transatlantik Təhlükəsizlik və Həmrəylik üzrə Brüssel Bəyannaməsində bildirilir.

"Biz uzunmüddətli qeyri-sabitlik dövrü ilə rastlaşırıq. Rusiya Ukraynanı, həmçinin Krımın qanunsuz ilhaqı yolu ilə destabilizasiya edir, beynəlxalq hüququ pozur", - sənəddə deyilir.

Eyni zamanda sammit iştirakçıları bildiriblər ki, Rusiya ilə əvvəlki kimi konstruktiv dialoqa hazırdırlar.

Bəyannamədə NATO-nun Şərq Tərəfdaşları - Gürcüstan, Moldova, Ukrayna, həmçinin Bosniya və Herseqovinaya dəstək əksini tapır.

Son xəbərlər

Orphus sistemi