NATO-nun sözçüsü: “Vostok-2018” Rusiyanın daha geniş münaqişəyə üstünlük verəcəyinin göstəricisidir”

NATO-nun sözçüsü: “Vostok-2018” Rusiyanın daha geniş münaqişəyə üstünlük verəcəyinin göstəricisidir” Bakı. 10 sentyabr. REPORT.AZ/ “Vostok-2018” hərbi təlimi Rusiyanın, böyük ehtimalla, daha geniş münaqişəyə üstünlük verəcəyinin göstəricisidir”.
Region
10 Sentyabr , 2018 19:20
NATO-nun sözçüsü: “Vostok-2018” Rusiyanın daha geniş münaqişəyə üstünlük verəcəyinin göstəricisidir”

Bakı. 10 sentyabr. REPORT.AZ/ “Vostok-2018” hərbi təlimi Rusiyanın, böyük ehtimalla, daha geniş münaqişəyə üstünlük verəcəyinin göstəricisidir”.

“Report” xəbər verir ki, bunu NATO-nun sözçüsü Oana Lungesku Rusiyanın “Vostok -2018” hərbi manevri ilə bağlı “Anadolu” agentliyinə açıqlamasında bildirib.

O, bütün dövlətlərin hərbi təlim keçirmək hüququnun olduğunu vurğulayaraq bunun şəffaf şəkildə reallaşmasının əhəmiyyətini söyləyib.

Qeyd edək ki, təlimlər sentyabrın 11-17-də keçiriləcək. Hərbi manevrə 297 min hərbçi qatılacaq. Mindən artıq döyüş təyyarələri, helikopter və pilotsuz uçan aparatların, 36 minə yaxın tank və başqa zirehli texnikanın, 80-ə yaxın gəminin iştirakı ilə keçiriləcək təlimdə Çin və Monqolustanın hərbi birləşmələri də qatılacaq.

Keçmiş SSRİ-də keçirilmiş “Zapad-81” hərbi təlimindən sonra “Vostok-2018” Rusiya ərazisində keçirilən ən böyük hərbi təlim sayılır. “Zapad-81” 1981-ci il sentyabrın 4-12-də Belarus, Kiyev, Baltikyanı hərbi dairələrdə və Baltik dənizində keçirilib. O zaman yüzə yaxın hərbçi iştirak edib. 

Son xəbərlər

Orphus sistemi