NATO-nun Moskvadakı xüsusi qurumunun fəaliyyəti dayandırılacaq

NATO-nun Moskvadakı xüsusi qurumunun fəaliyyəti dayandırılacaq Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bu ölkənin səkkiz diplomatının NATO-dan çıxarılmasına münasibət bildirib.
Region
19 Oktyabr , 2021 14:55
NATO-nun Moskvadakı xüsusi qurumunun fəaliyyəti dayandırılacaq

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bu ölkənin səkkiz diplomatının NATO-dan çıxarılmasına münasibət bildirib.

Report" TASS-a istinadən xəbər verir ki, Peskov bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.

O bildirib ki, Rusiyanın səkkiz diplomatının NATO-dan çıxarılması ilə bağlı cavab tədbirləri kimi adevkat addımlar atılacaq.

“Dəfələrlə demişik ki, tanqonu tək oynamaq mümkün deyil və biz bunu etməyəcəyik. Buna adekvat cavab isə NATO-nun Moskvadakı hərbi əlaqə missiyasının və qurumun məlumat bürosunun işinin noyabrın birindən etibarən dayandırılmasıdır", - D.Peskov deyib.

Qeyd edək ki, bu günlərdə Rusiyanın səkkiz diplomatı NATO-dan çıxarılıb.

Son xəbərlər

Orphus sistemi