NATO-nun baş katibi: “Türkiyəyə minnətdarıq”

NATO-nun baş katibi: “Türkiyəyə minnətdarıq” Bakı. 30 aprel. REPORT.AZ/ “Türkiyənin əhəmiyyətini başa düşmək üçün xəritəyə baxmaq lazımdır”.
Region
30 Aprel , 2018 11:20
NATO-nun baş katibi: “Türkiyəyə minnətdarıq”
NATO-nun Baş katibi Yens Stoltenberq / REUTERS/Valentyn Ogirenko

Bakı. 30 aprel. REPORT.AZ/ “Türkiyənin əhəmiyyətini başa düşmək üçün xəritəyə baxmaq lazımdır”.

“Report” Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

O vurğulayıb ki, alyansın sərhədləri yaxınlığında münaqişə və zorakılıq ocaqları var: “Türkiyənin əhəmiyyətini anlamaq üçün NATO-ya üzv dövlətlərə təhlükə yaradan zorakılığın yaşandığı İraq və Suriyaya qonşu olan strateji ərazidə yerləşdiyini görmək kifayətdir”.

Baş katib terrorçu İŞİD qruplaşmasının məğlub olunmasında oynadığı mühüm rola görə Türkiyəyə minnətdarlıq edib: “Türkiyə ən çox terrordan zərər görən NATO üzvüdür. Təbii ki, onun özünü müdafiə haqqı var. Ancaq bu mütənasib şəkildə aparılmalıdır”.

Son xəbərlər

Orphus sistemi