“Şahdəniz” yatağından Cənub Qaz Dəhlizi vasitəsilə Avropa Birliyinə təbii qazın tədarükünə başlanılması münasibətilə hamını təbrik edirəm”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava deyib.
“Layihənin bütün tərəfləri, ölkələri və konsorsiumu bu tarixi gün münasibətilə təbrik edirəm. Bu gün Gürcüstandan keçən energetika dəhlizinin inkişafı üçün çox mühüm gündür. İrimiqyaslı regional Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində təbii qaz Azərbaycanın “Şahdəniz” yatağından Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çatdırılır”, - nazir bildirib.
N.Turnavanın sözlərinə görə, layihə Gürcüstanın enerji təhlükəsizliyinin gücləndirilməsində həlledici əhəmiyyətə malikdir: “Bu layihə Gürcüstanın enerji müstəqilliyini möhkəmləndirir, ölkənin geosiyasi mövqeyindən effektiv istifadəyə imkan verir. Trans-Anadolu qaz kəməri bir il bundan öncə açılıb və hazırda biz layihənin məntiqi sonu – təbii qazın Qafqazdan Avropaya tədarük olunması ilə qarşılaşırıq”.