Naməlum şəxslər Moskvada “Azərbaycan” pavilyonunda bomba qoyulduğunu bildiriblər

Region
  • 24 mart, 2022
  • 20:12
Naməlum şəxslər Moskvada “Azərbaycan” pavilyonunda bomba qoyulduğunu bildiriblər

Naməlum şəxslər Rusiyanın paytaxtı Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda partlayış təhlükəsi barədə məlumat veriblər.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir. Qeyd edilir ki, “Azərbaycan” pavilyonu yoxlanılır.

“Azərbaycan” pavilyonunda partlayış təhlükəsi ilə bağlı anonim məlumat daxil olub, araşdırma aparılır”, - mənbə agentliyə bildirib.