Ermənistanda iqtidarda olan rejimin hakimiyyətdən kənar edilməsi ölkədə sabitliyi qurmağa imkan verəcək.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın müxalif Vətən Partiyası bəyan edib.
"İşgəncələri və qanunsuz saxlanılmaları qəti şəkildə pisləyirik, qeyri-qanuni saxlanılmış şəxslərin təcili azad olunmasını tələb edirik. Yenidən təsdiqləyirik ki, yalnız mövcud rejimin hakimiyyətdən dərhal kənarlaşdırılması ölkədə sabitlik və əmin-amanlığın bərqərar olmasına imkan verəcək”, - deyə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın rəhbərlik etdiyi partiya bildirib.
"Ermənistanın baş naziri vəzifəsini tutan şəxsin Sünik əyalətinə səfəri daxili siyasi gündəmi dəyişdirməyə yönələn planlı təxribat idi", - partiyadan bildirilib.
Partiyada hesab edirlər ki, baş nazir Nikol Paşinyan ölkədəki "nisbi sabitliyi" pozub, o, cari və gələcək hadisələrə görə tam məsuliyyət daşıyacaq.