Mustafa Şəntop Türkiyənin tələblərini İsveç və Finlandiyaya çatdırıb

Region
  • 07 sentyabr, 2022
  • 13:09
Mustafa Şəntop Türkiyənin tələblərini İsveç və Finlandiyaya çatdırıb
Mustafa Şentop

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop finlandiyalı həmkarı Matti Vanhanen və isveçli həmkarı Talman Andreas Norle ilə onlayn görüş keçirib.

“Report” xəbər verir ki, bunu M.Şəntop tviter səhifəsində yazıb.

O bildirib ki, rəsmi Stokholm və Helsinkinin NATO-ya üzvlüyü məsələsi müzakirə olunub:

“NATO-nun Madriddə keçirilən zirvə toplantısında imzalanan üçtərəfli razılaşma barədə fikir mübadiləsi aparılıb. Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı mövqeyini bir daha diqqətə çatdırdım”, - Türkiyə Böyük Millət Məclisinin sədri vurğulayıb.