Ukraynada müharibə başlayandan 1 200-dən çox uşaq itkin düşüb

Ukraynada müharibə başlayandan 1 200-dən çox uşaq itkin düşüb Rusiyanın genişmiqyaslı müharibəsi başlayandan indiyədək Ukraynada 1 214 uşaq itkin düşüb.
Region
13 May , 2022 18:37
Ukraynada müharibə başlayandan 1 200-dən çox uşaq itkin düşüb

Rusiyanın genişmiqyaslı müharibəsi başlayandan indiyədək Ukraynada 1 214 uşaq itkin düşüb.

"Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin uşaq hüquqları və reabilitasiyası üzrə komissarı Daria Gerasimçuk brifinqdə bildirib.

O, həmçinin bildirib ki, bu gün 90 uşaq axtarışdadır.

Bundan başqa, onun sözlərinə görə, 2 389 uşaq Rusiyaya aparılıb.

Ukrayna Baş Prokurorluğunun məlumatına görə, müharibə başlayandan indiyədək 226 uşaq ölüb, daha 417-si yaralanıb.

Son xəbərlər

Orphus sistemi