Müharibə Araşdırmaları İnstitutu: “Rusiyanın Baxmut və Siverski ələ keçirməsi mümkün görünmür”

Müharibə Araşdırmaları İnstitutu: “Rusiyanın Baxmut və Siverski ələ keçirməsi mümkün görünmür” Rusiya qoşunları Baxmut və Siverskə hücuma hazırlaşır, lakin Lisiçansk uğrunda döyüşlərdən sonra işğalçı ordunun tükənmiş hissələri çətin ki uğur qazana bilsin
Region
5 İyul , 2022 06:23
Müharibə Araşdırmaları İnstitutu: “Rusiyanın Baxmut və Siverski ələ keçirməsi mümkün görünmür”

Rusiya qoşunları Baxmut və Siverskə hücuma hazırlaşır, lakin Lisiçansk uğrunda döyüşlərdən sonra işğalçı ordunun tükənmiş hissələri çətin ki uğur qazana bilsin.

“Report” xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (MAİ) gündəlik təhlil məlumatında qeyd olunub.

Bildirilib ki, Rusiya qüvvələri, çox güman ki, Baxmut və Siverskə çatmaq üçün Baxmut-Lisiçansk magistral yolunun qərbinə doğru irəliləməyə davam edəcək. Bununla belə, qeyd olunub ki, onların Lisiçanskı ələ keçirmək cəhdi zamanı verilən itkilərdən sonra bunu uğurla edə bilmələri şübhə doğurur.

İnstitutun məlumatına görə, Ukrayna Silahlı Qüvvələri işğal olunmuş ərazilərin dərinliklərində ABŞ-ın təmin etdiyi “HIMARS” ilə Rusiyanın hərbi infrastrukturuna getdikcə daha çox hücum edir.

Vurğulanıb ki, “HIMARS” Qərbin hərbi yardımının Ukraynaya yeni və çox ehtiyac duyulan hərbi imkanları necə yaratdığının bariz nümunəsidir.

Son xəbərlər

Orphus sistemi