Müdafiə Nazirliyi: Rusiya təyyarələrinin ilk hissəsi Suriyadan ayrılıb

Müdafiə Nazirliyi: Rusiya təyyarələrinin ilk hissəsi Suriyadan ayrılıb Birinci qrupun tərkibinə TU-154 təyyarələri və SU-34 bombardmançıları daxildir
Region
15 Mart , 2016 12:34
Müdafiə Nazirliyi: Rusiya təyyarələrinin ilk hissəsi Suriyadan ayrılıb

Bakı. 15 mart. REPORT.AZ/ Suriyanın Xmeymim aviabazasındakı Rusiya təyyarələrinin ilk hissəsi adıçəkilən ölkədən Rusiya ərazisindəki daimi yerləşmə bazalarına qayıtmaq üçün havaya qalxıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Birinci qrupun tərkibinə TU-154 təyyarələri və SU-34 bombardmançıları daxildir.

Xatırladaq ki, bazar ertəsi Rusiya prezidenti Vladimir Putinin müdafiə nazirinə Suriyadakı rusiyalı hərbçi qrupunu çıxarmağı göstəriş verib.

Son xəbərlər

Orphus sistemi