MSK: Gürcüstanda seçici fəallığı 56,11% təşkil edib

MSK: Gürcüstanda seçici fəallığı 56,11% təşkil edib İlkin məlumatlara əsasən, Gürcüstanda bugünkü parlament seçkilərində seçici fəallığı 56,11% təşkil edib.
Region
31 Oktyabr , 2020 22:23
MSK: Gürcüstanda seçici fəallığı 56,11% təşkil edib

İlkin məlumatlara əsasən, Gürcüstanda bugünkü parlament seçkilərində seçici fəallığı 56,11% təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze bildirib. Onun sözlərinə görə, səsverməyə 1 970 540 seçici qatılıb.

Ən yüksək seçici fəallığı 63,8% olmaqla Raça-Leçxumi və Svaneti, ən aşağı fəallıq isə 51% olmaqla azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi