Mövlud Çavuşoğlu: "Suriya problemlərin güc yolu ilə həllinə meyl göstərir"

Mövlud Çavuşoğlu: "Suriya problemlərin güc yolu ilə həllinə meyl göstərir" Bakı. 11 sentyabr. REPORT.AZ/ Suriyanın İdlib vilayətində terrorçu qruplaşmaların fəaliyyətinə son qoymaq üçün beynəlxalq əməkdaşlıq vacibdir.
Region
11 Sentyabr , 2018 19:33
Mövlud Çavuşoğlu: Suriya problemlərin güc yolu ilə həllinə meyl göstərir

Bakı. 11 sentyabr. REPORT.AZ/ "Suriyanın İdlib vilayətində terrorçu qruplaşmaların fəaliyyətinə son qoymaq üçün beynəlxalq əməkdaşlıq vacibdir".

“Report” “Sputnik-Türkiyə"yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Buxarestdə Rumıniya-Polşa-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında çıxışı zamanı deyib.

O, Suriya hökumətinin siyasi həll səylərini nəzərə almayaraq, problemləri sırf güc yolu ilə nizamlamağa meyl göstərdiyini diqqətə çatdırıb: "Suriyada sülhün bərqərar olması üçün Türkiyə bütün tərəfdaşlarla, ilk növbədə, Rusiya və İranla iki və üçtərəfli formatda məqsədyönlü danışıqlar aparır. Biz Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik, amma bu məqsədlə dinc sakinlərin öldürülməsindən narahatıq".

Son xəbərlər

Orphus sistemi