Mövlud Çavuşoğlu: “Mayın 14-də keçirilən seçkilərdə qalib gələn Türkiyə demokratiyası oldu”

Mövlud Çavuşoğlu: “Mayın 14-də keçirilən seçkilərdə qalib gələn Türkiyə demokratiyası oldu” “14 may seçkilərində qalib gələn Türkiyə demokratiyası oldu”.
Region
18 May , 2023 11:14
Mövlud Çavuşoğlu: “Mayın 14-də keçirilən seçkilərdə qalib gələn Türkiyə demokratiyası oldu”

“Mayın 14-də keçirilən seçkilərdə qalib gələn Türkiyə demokratiyası oldu”.

“Report” xəbər verir ki, bunu ölkənin xarici işlər naziri, parlament seçkilərində Antalyadan deputat seçilən Mövlud Çavuşoğlu mayın 18-də keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, seçkilərin ikinci tura qalmasına hörmət edilməlidir: “İndi 14 mayda əldə etdiyimiz zəfəri taclandırmaq vaxtıdır. Biz bunun üçün çalışacağıq. İkinci turda Rəcəb Tayyib Ərdoğanın qalib gələcəyinə inanırıq”.

Nazir səsvermədə iştirak edən bütün vətəndaşlara təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi