Moskvadan Tbilisiyə uçan təyyarə aeroporta eniş edə bilməyib

Moskvadan Tbilisiyə uçan təyyarə aeroporta eniş edə bilməyib Moskvadan Tbilisiyə uçan “Azimuth” aviaşirkətinə məxsus təyyarə əlverişsiz hava şəraiti səbəbindən Tbilisi beynəlxalq hava limanına enə bilməyib.
Region
8 Dekabr , 2023 16:03
Moskvadan Tbilisiyə uçan təyyarə aeroporta eniş edə bilməyib

Moskvadan Tbilisiyə uçan “Azimuth” aviaşirkətinə məxsus təyyarə əlverişsiz hava şəraiti səbəbindən paytaxtın beynəlxalq hava limanına enə bilməyib.

"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə hava limanından məlumat verilib.

Hazırda Moskva-Tbilisi də daxil olmaqla bütün reyslər Kutaisi Beynəlxalq Hava Limanına yönləndirilib.

Bildirilib ki, Moskva-Tbilisi reysini yerinə yetirən təyyarə artıq Kutaisi hava limanına enib.

Qeyd edək ki, Rusiya bu ilin mayında Gürcüstana birbaşa uçuşlara qoyulan qadağanı ləğv edib. Bu qadağa 2019-cu ildə tətbiq edilib. Mayın 19-da qadağa götürüldükdən sonra ilk uçuşu “Azimuth” təyyarəsi həyata keçirib, mayın 20-də isə “Georgian Airways”in təyyarəsi Moskvaya uçub. İyulun ortalarında isə Rusiyanın “Red Wings” aviaşirkəti uçuşlara başlayıb.

Son xəbərlər

Orphus sistemi