Moskvada vağzalda bıçaqla hücum edən şəxsin kimliyi müəyyənləşib - VİDEO - FOTO

Moskvada vağzalda bıçaqla hücum edən şəxsin kimliyi müəyyənləşib - VİDEO - FOTO Bakı. 10 sentyabr. REPORT.AZ/ Rusiya paytaxtı Moskvanın Kursk dəmir yolu vağzalında kişi 2 nəfərə bıçaqla hücum edərək onları yaralayıb.
Region
10 Sentyabr , 2018 11:36
Moskvada vağzalda bıçaqla hücum edən şəxsin kimliyi müəyyənləşib - VİDEO - FOTO
0 : 00
0 : 00

Bakı. 10 sentyabr. REPORT.AZ/ Rusiya paytaxtı Moskvanın Kursk dəmir yolu vağzalında kişi 2 nəfərə bıçaqla hücum edərək onları yaralayıb.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Hər iki yaralı - 23 yaşlı Dmitri Tereşenko və 24 yaşlı Valentina Dremlyuqova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, onlar əməliyyat olunurlar.

Müəyyən edilib ki, hücum edən şəxs 55 yaşlı gürcüstanlı Qəmbər Mahmudovdur. O, qətl törətdiyinə görə 11 il həbs olunduqdan sonra yeni azadlığa çıxıb.

Polis şübhəlini saxlayıb. Cinayətin motivləri aydınlaşdırılır.

Son xəbərlər

Orphus sistemi