Moskvada ticarət mərkəzində yanğın olub

Region
  • 11 oktyabr, 2023
  • 07:18
Moskvada ticarət mərkəzində yanğın olub

Rusiyanın paytaxtı Moskva şəhərində ticarət mərkəzində güclü yanğın baş verib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə şəhərin Podrezkovo rayonunda qeydə alınıb.

Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın nəticəsində zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.

Nəcməddin Quluzadə