Moskvada Stalinin qohumunu aldatmağa çalışan cinayətkar saxlanılıb

Moskvada Stalinin qohumunu aldatmağa çalışan cinayətkar saxlanılıb Rusiyanın paytaxtı Moskva şəhərində dələduzlar keçmiş SSRİ diktatoru İosif Vissarionoviç Stalinin qohumunu 3 milyon rubl (67 386 manat) aldatmağa çalışıblar
Region
2 Aprel , 2021 08:14
Moskvada Stalinin qohumunu aldatmağa çalışan cinayətkar saxlanılıb

Rusiyanın paytaxtı Moskva şəhərində dələduzlar keçmiş SSRİ diktatoru İosif Vissarionoviç Stalinin qohumunu aldadaraq, onun 3 milyon rublunu (67 386 manat) mənimsəməyə çalışıblar.

Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.

Qeyd edilir ki, cinayətkarlardan biri saxlanılıb.

"Doxsan iki yaşlı müharibə veteranı Leonid Alliluyev polisə müraciət edərək bildirib ki, naməlum şəxslər ona telefonla zəng edərək özlərini asayiş keşikçiləri kimi təqdim ediblər. Cinayətkarlar guya ekspertizanın aparılması üçün veterandan hesabındakı 3,4 milyon rublun onlara verməyi təklif ediblər", - mənbə agentliyə bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqaüdçüyə özünü dələduzlarla necə rəftar etmək barədə göstəriş veriblər və cinayətkarlardan birini yaxalamağa müvəffəq olublar.

"Polis kimi maskalanmış bir nəfər pulla əlaqədar təqaüdçü ilə görüşə gəldikdən və saxta sənədləri təqdim etdikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onu saxladılar. Həmin şəxsin Yekaterinburqdan olan 33 yaşlı Anastasiya Belyankina olduğu aşkarlandı. Qadın təqsirini tamamilə etiraf etdi”, - mənbə bildirib.

Leonid Alliluyev Stalinin ikinci arvadı Nadejda Alliliyevanın bacısının böyük oğludur.

Son xəbərlər

Orphus sistemi