Moskvada böyük sahəni əhatə edən yanğın lokallaşdırılıb - YENİLƏNİB
- 30 may, 2024
- 04:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Moskvanın şərqində sənaye-anbar binasını əhatə edən yanğın lokallaşdırılıb.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi teleqramda bildirib.
“Rusiya FHN-in mütəxəssisləri Moskvanın şərqində yanğını lokallaşdırıblar”, – məlumatda qeyd olunub.
Eyni zamanda, digər məlumatda yanğının söndürülməsi üçün iki helikopter vasitəsilə 32 dəfəyə 200 min ton su töküldüyü açıqlanıb.
08:12
Moskvanın şərqində sənaye-anbar binasında çıxan yanğın yayılaraq 4 min m² sahəni əhatə edib.
“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sənaye-anbar binasının 800 kvadratmetr ərazisində çıxan yanğın bir müddət sonra iki dəfədən çox artaraq 4 min kvadratmetr sahəni əhatə etməyə başlayıb.
“Ka-32 helikopteri 15 dəfəyə 75 ton su atıb. Moskva Aviasiya Mərkəzindən daha bir helikopter havaya qalxmağa hazırdır”, – FHN diqqətə çatdırıb.
TASS-ın məlumatına görə, sözügedən obyektin ümumi sahəsi 22,5 min kvadratmetrdir, müxtəlifsəviyyəlidir – üç və dörd mərtəbəyə malikdir.