Moskvada Rusiya Qızıl Xaç Cəmiyyətinin keçmiş rəhbəri mənzilində ölü tapılıb

Region
  • 16 yanvar, 2024
  • 09:02
Moskvada Rusiya Qızıl Xaç Cəmiyyətinin keçmiş rəhbəri mənzilində ölü tapılıb

Moskvada Rusiya Qızıl Xaç Cəmiyyətinin keçmiş rəhbəri Raisa Lukutsova mənzilində ölü tapılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, onun ölümünün cinayət xarakterli olmadığı bildirilib.

R.Lukutsovanın ağır xəstə olduğu qeyd edilib.

O, 2006-2021-ci illərdə Rusiya Qızıl Xaç Cəmiyyətinə rəhbərlik edib. 74 yaşında vəfat edib.