Moskvada qasırğa qurbanlarının sayı 4 nəfərə çatıb - VİDEO

Moskvada qasırğa qurbanlarının sayı 4 nəfərə çatıb - VİDEO Onlarla insanın xəsarət alıb
Region
1 İyul , 2017 01:54
Moskvada qasırğa qurbanlarının sayı 4 nəfərə çatıb - VİDEO
Foto: İzvestiya

Bakı. 1 iyul. REPORT.AZ/ İyunun 30-da Rusiyanın Moskva regionunda baş verən qasırğa nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

"Report" REN TV-yə istinadən xəbər verir ki, daha bir nəfərin meyiti Moskva çayının Marçuqi kəndi sahilində aşkar edilib.

Kişinin həmin ərazidə balıq tutmaqla məşğul olduğu ehtimal olunur.

Bundan əvvəl üç nəfərin öldüyü, onlarla insanın xəstəxanaya yerləşdirildiyi məlumat verilmişdi.

Son xəbərlər

Orphus sistemi