"Report" "RİA Novosti"yə istinadən bildirib ki, dekabrın 23-dən quruma sədrlik Rusiyadan Tacikistana keçdiyindən toplantını bu ölkənin prezidenti İmaməli Rəhman aparıb.
Tədbiri Rusiya prezidenti Vladimir Putin açaraq, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan prezidentlərini salamlayıb.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov sammitdə bir sıra sənədlərin imzalanacağının gözlənildiyini söyləyib.