Moskvada koronavirus qurbanlarının sayı 4 900-ü ötdü

Moskvada koronavirus qurbanlarının sayı 4 900-ü ötdü Rusiyanın paytaxtı Moskvada daha 14 nəfər koronavirusdan ölüb.
Region
455
7 Sentyabr , 2020 00:05
Moskvada koronavirus qurbanlarının sayı 4 900-ü ötdü

Rusiyanın paytaxtı Moskvada daha 14 nəfər koronavirusdan ölüb.

"Report" xəbər verir ki, bu barədə ölkənin COVID-19-la mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.  

Qeyd edilir ki, son sutka ərzində paytaxtda daha 14 pasiyent təhlükəli infeksiyanın qurbanı olub. Bununla da Moskvada koronavirusa yoluxanların sayı 4 905 nəfərə çatıb.  

"Moskvada pnevmoniya diaqnozunun təsdiqləndiyi və koronavirus infeksiyası testinin müsbət çıxdığı 14 pasiyent vəfat edib", - deyə xəbərdə qeyd edilir. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Hazırda virus 218 ölkə və bölgədə qeydə alınıb.

Orphus sistemi