Moskvada koronavirus qurbanlarının sayı 1 726-ya çatdı

Moskvada koronavirus qurbanlarının sayı 1 726-ya çatdı Son bir gündə Rusiyanın paytaxtı Moskvada koronavirusdan daha 75 nəfər ölüb.
Region
19 May , 2020 23:38
Moskvada koronavirus qurbanlarının sayı 1 726-ya çatdı

Son bir gündə Rusiyanın paytaxtı Moskvada koronavirusdan daha 75 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı məlumat yayıb.

Qeyd edilir ki, bununla da paytaxtda pandemiya qurbanlarının sayı 1 726 nəfərə çatıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,9 milyonu ötüb. Bunların 1,9 milyon nəfərdən çoxu sağalıb, 320 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi