Moskvada kafedə atışma olub, 3 nəfər yaralanıb

Moskvada kafedə atışma olub, 3 nəfər yaralanıb Rusiyanın paytaxtı Moskvada Leninqrad prospektindəki kafedə bir kişinin müştərilərə çdığı atəş nəticəsində 3 nəfər yaralanıb.
Region
28 Yanvar , 2021 17:55
Moskvada kafedə atışma olub, 3 nəfər yaralanıb

Rusiyanın paytaxtı Moskvada Leninqrad prospektindəki kafedə bir kişinin müştərilərə açdığı atəş nəticəsində 3 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Daxili İşlər Nazirliyinin Moskva Şəhər Baş İdarəsinin Mətbuat xidməti yayıb.

Bildirilib ki, naməlum şəxs atəş açandan sonra hadisə yerindən qaçsa da, bir müddət sonra saxlanılıb. Onun üzərində pnevmatik tapança aşkarlanıb.

Ona qarşı qəsdən xəsarət yetirmək və xuliqanlıq maddələri üzrə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi