Moskvada güclü külək səbəbindən 200 aviareys gecikir və ya təxirə salınıb

Moskvada güclü külək səbəbindən 200 aviareys gecikir və ya təxirə salınıb "Şeremetyevo"da 80 reys gecikir, 91-i ləğv olunub
Region
12 Noyabr , 2016 01:28
Moskvada güclü külək səbəbindən 200 aviareys gecikir və ya təxirə salınıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Moskva hava limanlarında davam etməkdə olan külək səbəbindən yüzlərlə aviareysdə gecikmə yaranıb.

"Report" "Yandex.Tablo"ya istinadən xəbər verir ki, "Şeremetyevo"da 80 reys gecikir, 91-i təxirə salınıb, daha 20 reys "Domodedovo"da gecikir və 12-si təxirə salınıb.

Öz növbəsində, aviadispetçer xidmətlərindəki mənbədən "İnterfax"a verilən məlumata görə, qartəmizləyən texniklar hava limanlarında gücləndirilmiş rejimdə işləyirlər.

Lakin aerodromların təmizlənməsi üçün zamana ehtiyac var. Mənbənin sözlərinə görə, bu səbəbdən reyslərdə gecikmə yarana bilər.

Son xəbərlər

Orphus sistemi