Moskvada daha 8 koronavirus xəstəsi öldü

Moskvada daha 8 koronavirus xəstəsi öldü Rusiyanın paytaxtı Moskvada koronavirusa yoluxması təsdiq edilmiş daha səkkiz pasiyent ölüb.
Region
11 Aprel , 2020 01:11
Moskvada daha 8 koronavirus xəstəsi öldü

Rusiyanın paytaxtı Moskvada koronavirusa yoluxması təsdiq edilmiş daha səkkiz pasiyent ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxtda Koronavirusla bağlı vəziyyətə nəzarət və monitorinq üzrə operativ qərargahdan bildirilib.

Qeyd edilir ki, onlardan üçü şəkərli diabetdən əziyyət çəkib.

"Moskvada pnevmaniya diaqnozu təsdiqlənmiş və koronavirus testləri müsbət nəticə vermiş səkkiz pasiyent öldü. Ölənlərdən üçü şəkərli diabetdən əziyyət çəkirdi. Bütün pasiyentlərdə xəstəliklər müşahidə edilirdi”, - xəbərdə deyilir.

Son xəbərlər

Orphus sistemi