Moskvada COVID-19-dan ölənlərin sayı 3 100 nəfəri ötdü

Moskvada COVID-19-dan ölənlərin sayı 3 100 nəfəri ötdü Rusiyanın paytaxtı Moskvada son sutka ərzində daha 53 nəfər koronavirusdan ölüb.
Region
11 İyun , 2020 01:56
Moskvada COVID-19-dan ölənlərin sayı 3 100 nəfəri ötdü

Rusiyanın paytaxtı Moskvada son sutka ərzində daha 53 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bu barədə Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, bununla da paytaxtda COVID-19-dan ölənlərin sayı 3 138 nəfərə çatıb. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirusa yoluxanların sayının 7,1 milyon nəfəri ötdüyünü açıqlayb. Bildirilir ki, pandemiya ərzində ayrı-ayrı ölkələrdə ümumilikdə 408 mindən çox insan virusdan ölüb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

ÜST fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi