Moskvada bir nəfər polisə atəş açıb, evdə partlayış törədib

Moskvada bir nəfər polisə atəş açıb, evdə partlayış törədib Hadisə ilə bağlı cinayət işi başlanılıb
Region
30 Mart , 2021 16:33
Moskvada bir nəfər polisə atəş açıb, evdə partlayış törədib
0 : 00
0 : 00

Moskva vilayətinin Veşki qəsəbəsində bir nəfər hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstərib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Məlumata görə, martın 30-da Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları qanunsuz silah dövriyyəsi şübhəsi ilə ev sahibi Vladimir Bardanovu saxlamağa cəhd göstərib. Evdə axtarışa cəhd zamanı o, qurduğu barrikadadan güc strukturlarının əməkdaşlarına atəş açıb.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Başqa bir məlumata görə, V.Bardanov 150 min rubl (təxminən 2 000 ABŞ dollar) məbləğində borculu olduğu üçün məhkəmə icraçıları onun evində axtarış aparmaq istəyib. Ona görə belə bir hadisə baş verib.

Son xəbərlər

Orphus sistemi